Paytaxtda tanınmış hüquqşünas Əlayif Həsənov dünyasını dəyişib. Bu haqda bu gün, 27 oktyabr tarixində Bakuplus.az Qaynarinfo.az-a istinadən xəbər verir.
61 yaşlı Əlayif Həsənovun ürəktutmadan öldüyü bildirilir.
Həsənov uzun müddət vəkil vəzifəsində çalışırdı. O, 2015-ci ildə Vəkillər Kollegiyası üzvlüyündən çıxarılıb, vəkillik fəaliyyətinə xitam verilib.