top
Bakıda ticarət mərkəzinin binasının fasadından qopan daşlar yoldan keçənlərin başına uçur
06 iyun 2023, 07:48
- ↺ +

Bakıda ticarət mərkəzinin binasının fasadından qopan daşlar yoldan keçənlərin başına uçur

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xətai rayonunda yerləşən “AMAY” ticarət mərkəzinin binasının üzlüyündən qopan daş parçası küçədən keçən vətəndaşın və avtomobilin üzərinə düşüb. Nəticədə piyada xəsarət alıb, avtomobilə isə ziyan dəyib. Bu barədə bloger İlkin Babayev Facebook səhifəsində məlumat verib.

“Şəkildə gördüyünüz bu bina "AMAY" ticarət mərkəzidir. Binanın birinci mərtəbəsində dövlət əhəmiyyətli “ASAN xidmət” və ölkənin ən böyük banklarından biri ABB-nin filialı yerləşir.

Amma bu bina potensial ölüm mənbəyidir. Bina günü-gündən baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə şəkildə işarələn yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı.

Şəhər rəhbərliyi hara baxır? Niyə bu qəzalı vəziyyətdə olan binaya bir əncam çəkmirlər? Yenə hərəkətə keçmək üçün ölüm gözləyirlər?

Dostluğumda olan hər kəsdən bu postu paylaşmağı, jurnalistlərdən isə bu barədə reportaj hazırlanmasını xahiş edirəm.

Hörmətli müvafiq qurumlar, nə qədər ölüm-itim olmayıb, xahiş edirəm, nələrsə edin!”, - paylaşımda deyilir.

Qafqazinfo-dan əldə olunan məlumata görə, Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, əraziyə baxış keçirilib. Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb.

Binada 2 saylı “ASAN xidmət” və ABB-nin filialı yerləşir.

[caption id="attachment_102618" align="alignnone" width="640"]AMAY Foto açıq mənbədən[/caption]

Son xəbərlər

Xəbər
Dünən, 18:09

"330 manatlıq gödəkçəni yararsız hala saldılar, üzr istəmədilər" - İDDİA

Xəbər
Dünən, 16:08

Murtuza Muxtarov Vladiqafqazda niyə məscid tikdirib?

Xəbər
Dünən, 15:54

Ağıllı saatlara görə aksiz vergisi alınacaq

Xəbər
Dünən, 15:53

İlham Əliyev bəzi media nümayəndələrini təltif etdi - SİYAHI

Xəbər
Dünən, 15:19

Sabah Bakıda hava dəyişəcək - güclü külək, intensiv yağış

Xəbər
Dünən, 14:33

Nominal orta aylıq əmək haqqı 8,7% artacaq

Xəbər
Dünən, 13:35

203 nömrəli marşrutun avtobusları yenilənir

Xəbər
Dünən, 11:40

Bir sıra vergi güzəştlərinin müddəti uzadılır

Xəbər
Dünən, 11:35

Yaşa görə əmək pensiyasının orta məbləğinin 680 manat olacağı proqnozlaşdırılır

Xəbər
Dünən, 10:44

Cinayətdə şübhəli bilinən 62 nəfər tutuldu

Siyasət
Dünən, 10:36

Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

Xəbər
Dünən, 10:09

25 ilini yerin altında keçirən şairimizin doğum günüdür

Xəbər
Dünən, 09:43

Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi

Xəbər
Dünən, 09:25

Bakının iki rayonunda işıq olmayacaq

Xəbər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı günü: XRONİKA

Xəbər
04 noyabr 2026, 17:34

Azərbaycanda doğum azalır, müavinət artır: 1500 manat ailələrin qərarına təsir edəcəkmi? – ÖZƏL AÇIQLAMA

Xəbər
04 noyabr 2026, 16:57

Bakıda temperatur 10 dərəcə düşəcək - leysan, şimşək...

Xəbər
04 noyabr 2026, 15:58

Bakıda 66 yaşlı kişi dələduzluğa görə HƏBS EDİLDİ

Xəbər
04 noyabr 2026, 15:09

Gələn il pensiyaların 7,5 faiz artırılması proqnozlaşdırılır

Xəbər
04 noyabr 2026, 14:15

Bakıda qəza: avtomobil klinikaya çırpıldı - FOTOLAR

Xəbər
04 noyabr 2026, 13:25

Arvadını küçədə güllələyib öldürmüşdü, məhkəməsi başlayır

Xəbər
04 noyabr 2026, 12:52

Birinci kurs tələbəsi vəfat etdi

Xəbər
04 noyabr 2026, 11:36

Nərimanov rayonunda 16 mərtəbəli yaşayış binasında yanğın oldu

Xəbər
04 noyabr 2026, 11:21

3 yaşınadək uşağı olan analara hər ay 100 manat verilə bilər

Oxşar xəbərlər