Bakının Nizami rayonu ərazisində “Toyota” markalı bir avtomobildən 1800 manat pul oğurlanıb. Bu haqda bu gün, 10 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində əməldə şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş Sənan Yusifov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.