Paytaxtın Qaradağ rayonunda traktor yanıb. Bu haqda bu gün, 2 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində “ZL-50GM” markalı traktor alışıb. Nəticədə nəqliyyat vasitəsi tamamilə kül olub. Ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.