Uşaq evində yaşayan 14 yaşlı yeniyetmə poli əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
13:30 - Bakıda uşaq evində yaşayan yeniyetmə axtarılır
Bakıda uşaq evində yaşayan yeniyetmə itkin düşüb. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
14 yaşlı Cümşüd Ağayev 14 yanvar tarixində saat 15:30-da Xətai rayonu, Lütfi Zadə küçəsi, 18 ünvanında yerləşən 3 saylı uşaq evindən çıxıb və ondan bir daha xəbər almaq mümkün olmayıb.
Hazırda yeniyetmənin axtarışları davam edir.