Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evindən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 10 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən uşaq evində işləyən R.Kərimova həmin müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki ədəd xalça oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.