Nərimanov rayonu, “Ulduz” metro stansiyası yaxınlığında açıq ərazidə yanğın baş verib. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumt verib.
Hadisə yerinə FHN yanğınsöndürmə briqadaları dərhal cəlb olunub. İlkin məlumata görə, ərazidə məişət tullantıları və quru ot alışıb.
Hazırda FHN əməkdaşlarının işi davam edir.
12:30 - yenilənib
Yanğın söndürülüb.