Paytaxtın Nizami rayonunda maşın ustası təmir etdiyi avtomobili oğurlayıb. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Qurban Əhmədov adıçəkilən rayon ərazisində avtomobil təmiri sexində çalışırdı. O, təmir etdiyi “Lexus” markalı nəqliyyat vasitəsini oğurlayıb.
Şübhəli şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.