Bakıda intihar hadisəsi olub.
Lent.az-ın verdiyi məlumata görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində qeydə alınıb. Lənkəran rayon sakini 34 yaşlı Ravid Salayev burada qohumunun evində özünü asıb.
Məlumata görə, Ravid Salayev həmin evdə usta işləyib. Onun meyiti 3 gün sonra aşkar edilib.
Mərhumun hansı səbəbdən özünü öldürməsi məlum deyil.