Nəsimi rayonunda dava nəticəsində xəsarət alan var. Bu haqda APA 9 dekabr tarixində məlumat verib.
Azadlıq prospektində, “Koala Park”ın qarşısında sürücülər bir-birinə yol vermədiklərinə görə mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib.
Nəticədə 34 yaşlı Vurğun Əbilov küt alətlə döyülüb. O, xəstəxananın neyrocərrahiyə şöbəsinə yerləşdirilib.
Onun yaxınları bildirib ki, V.Əbilov Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının mayorudur və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.