Bakıda və respublika ərazisində silahların könüllü təhvil verilməsi davam edir. Bu haqda bu gün, 12 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Paytaxtda və ölkənin ayrı-ayrı rayonlarında polis əməkdaşları 1 avtomat, 1 pulemyot, 1 tapança, 3 patron darağı, 30 ədəd müxtəlif çaplı patron və 28 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.
Bundan əlavə, keçirilən əməliyyatlar nəticəsində qanunsuz saxlanılan 3 tüfəng aşkar edilərək götürülüb.