Bakıda valideyn tərbiyəçini döyüb. Hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb. Bu haqda Report xəbər verib.
Rayon ərazisində yerləşən 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən 39 yaşlı G.Nağıyeva valideyn tərəfindən döyülüb.
Zərərçəkənin sözlərinə əsasən, onu Günay adlı valideyn döyüb.
G.Nağıyeva xəstəxanaya və polisə müraciət edib.