Paytaxtın Səbail və Nərimanov rayonlarında velosipedlər oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 8 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Qubadlı rayon sakini, əvvəllər məhkum olunmuş İslam Məmmədov adıçəkilən rayonların ərazilərində velosipedləri oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir.