Paytaxtda quldurluq hadisəsi baş verib.
Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, sentyabrın 14-də gecə saatlarında Balaxanı qəsəbəsində bir evdən 3150 manat, 1900 ABŞ dolları və qızıl-zinət əşyalarının quldurluq yolu ilə talanması barədə 12-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş C.Əhmədli saxlanılıb.
Hazırda araşdırma apaırlır.