Ötən gecə Bakıda gənc qızı avtomobil vurub. Bu haqda Report məlumat verib.
Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Gənclik” metrostansiyasının qarşısında 18 yaşlı Jalə Səmədovanı yolu keçən zaman avtomobil vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma davam edir.