Bakının Heydər Əliyev prospektinin Suraxanı rayonundan keçən hissəsində qadın sürücünün halı pisləşib. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Avtosfer-ə istinadən məlumat verir.
Hadisə yerinə 99-YP-289 dövlət nömrə nişanlı patrul avtomobili ilə yaxınlaşan Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları əraziyə təcili tibbi yardım əməkdaşlarını dəvət ediblər.
Sürücü göstərilmiş yardımdan sonra gedəcəyi ünvana qədər polis əməkdaşlarının nəzarəti altında olub.