Nizami rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qara Qarayev prospektində idaretməni itirən yük avtomobilinin sürücüsü nəqliyyat vasitəsi ilə mopedin üzərindən keçib. Qəza nəticəsində kuryer işləyən mopedin sürücü benzin daşıyan yük avtomobilinin təkərləri altında qalaraq ölüb.
Meyit tanınmaz vəziyyətə düşüb. Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.