Bakının Qaradağ rayonunda yük avtomobilini təmir edən şəxs dünyasını dəyişib. Bu haqda bu gün, 26 oktyabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
FHN-in qaynar xəttinə daxil olan məlumata görə, bir nəfər təmir zamanı avtomobilin kuzası altında sıxılaraq ölüb. Hadisə yerinə xilasedicilər cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.