Bakıda mənzilə basqın edilib. Hadisə paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb. Bu haqda APA 25 dekabr tarixində xəbər verib.
Paytaxt sakini C. Əliyevin tanışı, Sabirabad rayon sakini S. Şahbazova ilə birlikdə, yaşadığı mənzilə 2 nəfər basqın edib. Açıq qalmış qapıdan girən şəxslər Əliyevin qol və ayaq nahiyəsinə bıçaq və dəmir parçası ilə xəsarət yetirərək 120 manat pulunu və mobil telefonunu götürüblər.
Zərərçəkənin sözlərinə görə əməli törədənlər S.Şahbazova ilə birgə evdən gediblər.
Polisə müraciətdən sonra əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən S. Şahbazova və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Əliyev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.
Faktla əlaqədar Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.