3 dekabr tarixində Bakıda yanğın olub. Hadisə paytaxtın Xəzər rayonu ərazisində qeydə alınıb.
Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Hadisə nəticəsində doqquzmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan mənzilin dəhlizində 1 ədəd taxtadan ibarət dolab və içərisinə yığılan ev əşyaları 7 kv.m sahədə yanıb.
Əraziyə FHN əməkdaşları cəlb edilib, mənzil yanğından mühafizə olunub.