Bakıda mağazadan eynək oğurlayan şəxsin görüntüləri yayılıb. Bu haqda 4 iyun tarixində Bakuplus.az Patrul.az-a istinadən xəbər verir.
Hadisə 31 may saat 18:00 radələrində Nizami rayonunda baş verib. Qara Qarayev metrostansiyasının yaxınlığındakı yerləşən "Azara parfum" mağazasına eynək almaq adı ilə girən yaşlı kişi eynəyin birini cibinə qoyub və ödəniş etmədən çıxıb.
Hadisə mağazada quraşdırılan təhlükəsizlik kamerasına düşüb.