Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 13 yanvar tarixində Report məlumat verib.
60 yaşlı Xalidə Qasımova yolu keçərkən onu motosiklet vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.