Paytaxtda köşkdə yanğın olub.
Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Ümumi sahəsi 15 kv.m olan dəmir konstruksiyadan ibarət köşkün içərisinə yığılan avadanlıqlar yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yaxınlıqdakı tikililər və ağaclar yanğından mühafizə olunub. Yanğın söndürülüb.