Qaradağ rayonunda yas mərasimi təşkil edən şəxs həbs edilib. Bu haqda 12 fevral tarixində Report məlumat verib.
Lökbatan qəsəbəsində yerləşən restoranlardan birində polis tərəfindən profilaktik tədbir keçirilib. Reyd zamanı karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edən A.Mehralıyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat cərimə olunub.
Həmçinin restoranı icarə əsasında işlədən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə 8 sutka inzibati qaydada həbs edilib.