Paytaxtın Səbail rayonunda yeni il gecəsi oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Biləsuvar rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş 24 yaşlı Ağamoğlan Abdalov 31 dekabr 2022-ci il tarixində, yeni il gecəsi insanların sıx olduğu yerlərdə 3 qadının mobil telefonunu oğurlamaqda şübhəli bilinir.
Onun barəsində araşdırmalar davam edir. Bu şəxsin qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də Bakı Şəhər Baş Polis İdarəsinə müraciət etmələri xahiş olunur.