Bakıda telefon oğurlayan şəxsdə narkotik aşkarlanıb. Bu haqda BakuPlus.az Daxili İşlər Nazirliyinə istinadən bu gün, 16 may tarixində xəbər verir.
Paytaxtın Nizami rayonunda mayın 7-də A.Abışovun mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən Yevlax rayon sakini N.Bəkirov polis tərəfindən saxlanılıb.
Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilərək götürülmüşdür.
İstintaq tədbirləri davam edir.