Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisələri baş verib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 9 aprel tarixində xəbər verir.
Paytaxtın Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində yolu keçən 9 yaşlı Alsu Fillipovanı avtomobil vurub.
Nizami rayonu, metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında isə 27 yaşlı Könül Vəliyevanı yolu keçərkən avtomobil vurub.
Hər iki piyada müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fatklarla bağlı araşdırma aparılır.