Paytaxtda yol qəzasında aldığı xəsarətlərdən komaya düşən tələbə xəstəxanada ölüb. Bu haqda BakuPlus.az Apa-ya istinadən bu gün, 11 noyabr tarixində xəbər verir.
Nərimanov rayonu, Heydər Əliyev prospektində yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçən 19 yaşlı Sədrəddin Mustafazadəni avtomobil vurub.
Yaralı açıq kəllə-beyin travması və bədənin çoxsaylı xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Gənc komatoz vəziyyətdə olub.
Sabunçu rayonu 3 nömrəli Şəhər Xəstəxanasında həkimlərin səyinə baxmayaraq, S.Mustafazadə ölüb.
Piyada Bakı Mühəndislik Universitetinin 1-ci kurs tələbəsi idi.