Bakı şəhərinin Xəzər rayonunda 44 yaşlı piyadanı avtomobil vurub. Bu haqda BakuPlus.az APA-ya istinadən bu gün, 3 mart tarixində xəbər verir.
Rayonun Qala qəsəbəsində sərxoş vəziyyətdə olan 44 yaşlı Cəfər Cəfərov yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılıb.