Bu gün, 8 noyabr tarixində Zəfər Günü münasibətilə keçirilən yürüşdə zəncirvari qəza nəticəsində 3 avtomobilə ziyan dəyib. Unikal.org məlumat verib.
Hadisə Kukla teatrının yaxınlığında baş verib. "Toyota Prius" markalı minik avtomobil hərəkətdə olan "VAZ-2107" markalı avtomobili vurub. O, da "Hyundai" markalı avtomobilinə çırpılıb.
Qəzada xəsarət alan yoxdur, nəqliyyata maddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.