Bakının Yasamal rayonunda yerləşən özəl klinikaların birində faciəvi hadisə baş verib. Bu haqda bu gün, 8 iyul tarixində Bakuplus.az Lent.az-a istinadən məlumat verir.
Sünnət əməliyyatı üçün gətirilən 4 aylıq Məhəmməd Əliyev qəfil dünyasını dəyişib. Onun hansı səbəbdən öldüyü açıqlanmır.
Hadisə ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.