Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib. Bu haqda bu gün, 1 iyul tarixində Kriminalqafqaz məlumat verib.
Hadisə bir neçə gün əvvəl baş verib. 27 yaşlı Əmirşah Əzizli sirkə turşusu içərək özünü zəhərləyib. O, xəstəxanaya həmin gün yerləşdirilib, lakin həkimlərin səylərinə baxmayaraq, 30 iyun tarixində vəfat edib.
Bildirilir ki, Əzizli həmin rayon ərazisində yerləşən özəl klinikada çalışıb.
Gəncin hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.