Bakıda zəncirvari qəza baş verib. Bu haqda BakuPlus.az bu gün, 18 may tarixində xəbər verir.
Paytaxtın Nizami rayonu, Neapol dairəsində ikisi “Opel”, biri “Mitsubishi” olmaqla üç avtomobil toqquşub. Şahidlərin sözlərinə görə, hadisəyə sürücülərin avtomobillər arasında məsafə saxlamaması səbəb olub.
İnsident nəticəsində xəsarət alan olmayıb. Avtomobillərə ziyan dəyib.
Araşdırmalar davam edir.
[caption id="attachment_44904" align="alignnone" width="800"]
Foto Bakuplus.az[/caption]