Bakının Nizami rayonu, Naxçıvanski küçəsi, 88 ünvanında Özbəkistan vətəndaşı döyülüb. Bu haqda bu gün, 13 aprel tarixində Oxu.az məlumat verir.
Həmin ünvanda kirayə qalan 32 yaşlı Gülyaz Kazakova bildirir ki, Leyla, Yeganə və Fatimə adlı qadınlar tərəfindən döyülüb.
Kazakova polis bölməsinə müraciət edib, həmin şəxslərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.