Bakı Dairəvi yolunun Lökbatan dairəsi istiqamətində qəza baş verib. Bu haqda bu gün, 19 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Məlumata əsasən, sərnişin avtobusu "Mercedes" markalı minik avtomobilinə çarpılıb. Yol-nəqliyyat hadisəsi zamanı minik avtomobili hərəkətsiz vəziyyətdə dayanıbmış.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb.