Bakının Xəzər rayonu, Binə qəsəbəsində silah-sursat tapılıb. Bu haqda bu gün, 23 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Bununla bağlı FHN-in qaynar xəttinə məlumat daxil olub. Hadisə yerinə minalardan təmizləmə üzrə çevik qrupu cəlb edilib.
Baxış zamanı istifadəyə yararlı 2 “G-303-CSS” tüstülü əl qumbarası, 1 “UZRQM” mexanizmi, 1 “TOZ-8” yivli ov silahı götürülüb. Yoxlama zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.