Bakıdan toya gedən şəxs Cəlilabadda qəzaya düşüb. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Ələt-Astara magistralının Cəlilabad rayonundan keçən hissəsində "Mercedes" markalı avtomobil piyadanı vuraraq öldürüb. 38 yaşlı mərhum Balala Abbasəliyev olub. O, rayona toy məclisinə getmişdi.
Faktla bağlı araşdırma aparılır.