Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə 3 nəfərin Bakı şəhər sakinini hədələyərək mobil telefonunu alması barədə məlumat daxil olub. Bu haqda AZƏRTAC bu gün, 1 noyabr tarixində məlumat verib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakinləri O.Aslanov, A.Mineyev və Sumqayıt şəhər sakini G.Cəfərov müəyyən edərək şübhəli olunan şəxslər qismində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.