Bakıda üzərində marixuana olan paytaxt sakini saxlanılıb. Bu haqda 12 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ə.Mahmudov saxlanılıb. Axtarış zamanı onun üzərində 450 qram marixuana aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.