Bakı Hava Limanının Karqo Terminalında 1 kiloqram metamfetamin aşkar olunub. Bu haqda bu gün, 9 oktyabr tarixində Bakuplus.az Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə istinadən məlumat verir.
Ölkədən Yeni Zelandiyaya göndərilən poçt bağlamasına keçirilmiş baxış zamanı 3 ədəd bükümdə 1000,98 qram metamfetamin psixotrop maddəsi aşkar edilib.
Faktla bağlı “Qaçaqmalçılıq” və “Qanunsuz olaraq psixotrop maddələri əldə etmə, saxlama” maddələri ilə cinayət işi başlanıb. Cinayəti törədən şəxs saxlanılaraq həbs olunub. İstintaq davam edir.