Dənizdə daha bir neçə nəfər batmaqdan xilas olunub. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində 3 nəfərin dənizdə nəzarətsiz ərazidə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. FHN-in əməkdaşları hadisə yerinə cəlb olunublar.
Nəticədə Bakı şəhəri, Xəzər rayonunun Qala qəsəbəsi sakinləri – 36 yaşlı B.Hüseynov, 27 yaşlı B.Axundov və 19 yaşlı N.Cəfərzadə xilas olunublar.