Bakıda klinikalarda qadınların çantalarından oğurluq edən şəxs polis tərəfindən saxlanılıb. Hadisə paytaxtın Nərimanov rayonunda baş verib. Bu haqda BakuPlus Report-a istinadən xəbər verir.
Rayon ərazisindəki 2 klinikada Bakı şəhər sakinləri olan iki qadının çantasından ümumilikdə 970 manat pul, qızıl-zinət əşyaları, bank kartları və sənəd olan pulqabılarını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş K.Quliyev tutulub.
Faktla bağlı araşdırma aparılır.