Bakı-Ələt yolunda yol qəzası baş verib. Bu haqda bu gün, 21 oktyabr tarixində Bakuplus.az xəbər verir.
Adıçəkilən yolun Səngəçal qəsəbəsi ərazisində yük və minik avtomobilləri toqquşub. Nəticədə birinci aşıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/10/sequence-01_16.mp4"][/video]