Bakı Mühəndislik Universitetinin məzunu Nicat Hüseynov ABŞ-nin paytaxtı Vaşinqtonda yol qəzası nəticəsində dünyasını dəyişib. Bu haqda bu gün, 23 oktyabr tarixində Bakuplus.az Facebook “Azərbaycan Universitetləri” səhifəsinə istinadən məlumat verir.
O, yaralı vəziyyətdə Corc Vaşinqton Universitetinin hospitalına yerləşdirilsə də, orada vəfat edib.
Hüseynov Vaşinqtonda magistr təhsili almışdı. BMU-da Kompüter mühəndisliyi ixtisasından məzun olub.