Ötən gün axşam saatlarında metronun “Xalqlar dostluğu” stansiyasında təxminən 65-70 yaşlı kişi ehtiyatsızlıqdan relslərin üzərinə yıxılıb. Bu haqda bu gün, 25 dekabr tarixində Bakuplus.az “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədova istinadən məlumat verir.
Yoldan dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti cəlb olunub. Sərnişinə ilkin tibbi yardım göstərilərək yola salınıb.
“Təmas relsində yüksək gərginlik bərpa edildikdən sonra qatar stansiyanı tərk edib. Polis və stansiya işçi personalının çevik tədbirləri nəticəsində qatarların hərəkətində intervaldan əlavə cəmi 5 dəqiqə yubanma qeydə alınıb”, – deyə Məmmədov əlavə edib.