Bakı Metropolitenində ölüm hadisəsi baş verib. Bu haqda bu gün, 19 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə metronun “Xalqlar Dostluğu” stansiyasında baş verib. Sərnişin olan 1 nəfər kişinin halı pisləşib. Əraziyə Təcili Tibbi Yardım briqadası çağırılsa da, həkimlər gəlməmiş sərnişin stansiyada dünyasını dəyişib.