Bu gün Bakı metrosunda ölüm halı qeydə alınıb. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
Səhər təxminən saat 06:30-da "Əhmədli" metro stansiyasının platformasında qatar gözləyən paytaxt sakini 67 yaşlı Zülfəli Kazımov ürək tutmasından vəfat edib.
Hadisə ilə bağlı dərhal təcili tibbi yardım xidmətinə məlumat verilib və stansiyaya həkim çağırılıb.