Bakıda 3 nəfər bıçaqlanıb. Bu haqda 23 fevral tarixində Bakuplus.az Reporta istinadən xəbər verir.
Qaradağ rayonunda 41 yaşlı Adil Quliyev mübahisə zamanı bıçaqlanıb. Yaralı müxtəlif xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Nəsimi rayonunda 44 yaşlı Tarix Məhərrəmov kütləvi dava zamanı bıçaqlanıb. Yaralı 4 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.
Daha bir bıçaqlanma hadisəsi Nəsimidə baş verib. 47 saylı orta məktəbin yaxınlığında dava zamanı 19 yaşlı Zakir Əzizov bıçaq xəsarəti alıb. O, döş qəfəsinin bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Hər üç faktla bağlı araşdırmalar aparılır.