Sabunçu və Yasamal rayonlarında yanğın hadisələri baş verib. Bu haqda 15 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyi xəbər verib.
Sabunçu rayonunda bir mərtəbəli evin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin 20 kv.m sahəsinə ziyana dəyib. Yanğın mühafizə bölmələri tərəfindən söndürülüb.
Yasamal rayonunda 2 ailənin yaşadığı evin 20 kv.m. sahənin dam örtüyü yanıb. Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.