Paytaxtın Qaradağ rayonunda içməli su olmayacaq. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
1-ci Kür-Bakı magistral su kəmərində baş vermiş qəzanın fəsadlarını aradan qaldırmaq üçün 14 fevral tarixində gün ərzində Qaradağ rayonunun Ələt, Qobustan qəsəbələrində tam, Səngəçal qəsəbəsinin isə bir hissəsində içməli suyun verilməsində məhdudiyyət olacaq.